“Kırgın çiçekler”in Kaderi Bakıda: Feyxoa, "Küçələrə su səpmişəm" və gözyaşı (Fotolar, Video)
“Kırgın çiçekler” serialında canlandırdığı Kader obrazı ilə populyarlaşan aktrisa Çağla Irmak Bakının qonağı olub.
Musavat.com xəbər verir ki, “Çakallarla Dans-5” filminin rejissoru Murat Şeker ilə birlikdə jurnalistlərin suallarına cavab verən aktrisa paytaxtımızı sevdiyini dilə gətirib: “Bakını çox sevdim, gözəl binalar, küçələr var. Hətta 15-20 günlük Bakıya tətilə gəlmək istəyirəm. Artıq Bakı ilə bağlı xəyallarım var. Yeməkləriniz çox dadlıdır. Düyü ilə toyuq qızartması yedik, dadlı idi. Bundan əlavə ilk dəfə feyxoanın dadına baxdım. Bir kilo aldım, İstanbula aparacağam”.
https://www.youtube.com/watch?v=uggqSRO4ENc&feature=emb_title
Aktrisa rol aldığı “Kırgın çiçekler” serialından da bəhs edib: “Bakıya gəliş səbəbim “Çakallarla dans-5” filmidir. Amma Bakıda insanlar məni “Kırgın çiçekler” serialı ilə tanıyıb. Məni görüb, öncə təəccüblənləndilər, sonra gülməyə başladılar. Fotolar çəkdirdik. Şəkillərimin altında azərbaycanlı tamaşaçılar şərhlər yazır. Ona görə Azərbaycanda tanındığımı və gözəl münasibət görəcəyimi bilirdim. Bəzən tamaşaçılar məni görüb ağlayırlar. Deyirlər ki, necə böyük acılar çəkmişik. Mən də onlara baxıb ağlayıram”.
Çağla azərbaycanlı sənətçiləri tanımadığını deyib. O, “Küçələrə su səpmişəm” mahnısını sevdiyini də dilə gətirib.
Rejissor Murat Şeker isə Bakını çox sevdiyini, ötən il “Deli ormanlı” filminə görə ölkəmizdə mükafatlandırıldığını açıqlayıb. Rejissor Bakıda film çəkmək arzusunu da gizlətməyib.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi