Kirayədə qaldığı evi qarət edən ər-arvada HÖKM OXUNDU
Oğurluğa təqsirləndirilən Qadir Tağıyevin və onun həyat yoldaşı Sevgül Əmirxanovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Open.az-ın məlunatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Q.Tağıyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş S.Əmirxanovaya isə şərti cəza verilib.
İttiham aktına əsasən, Q.Tağıyev və onun həyat yoldaşı S.Əmirxanova Bakıda kirayə qaldığı Nailə Məmmədovaya məxsus mənzilin mebelini satıblar. Onlar müştəriyə mebeli və mənzilin özlərinə məxsus olduğunu iddia ediblər. Qonşular ev əşyalarının satıldığını görəndə, N.Məmmədovaya xəbər veriblər. Qadının şikayəti əsasında Q.Tağıyev həbs edilib, S.Əmirxanova barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Araşdırma zamanı məlum olub ki, Q.Tağıyev başqa şəxsdən hədə-qorxu ilə pul tələb edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!