30.12.2021 - 12:58
Mədəniyyət 16 baxış

Kinematoqrafçılar İttifaqının yeni üzvləri onlardır

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvlüyünə namizəd olanların sayı getdikcə artır. İl ərzində olunan müraciətlər AKİ İdarə Heyəti tərəfindən baxılır və səsvermə keçirilir.

2021-ci ilin ikinci yarısı üçün qəbul olunan müraciətlər artıq təsdiq olunub. Səsvermənin nəticəsi olaraq kinorejissorlar Emin Əfəndiyev, Rüfət Şahbazov, prodüser Amiran Babayev, aktyorlar Salman Bayramov, Eldar Bağırbəyov, İlkin Misgərli, aktrisa Zarina Qurbanova, ssenaristlər Elxan Xanəlizadə, Valeh Əhmədov, İbrahim Nəbioğlu və ssenarist, şair Xəyal Rzanın üzvlüyü İdarə Heyəti tərəfindən təsdiq olunub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: