"Kimlərsə nəsə versə, alaram" - Ramiz Əzizbəyli
Bu gün Azərbaycanın teatr və kino aktyoru, rejissor, xalq artisti Ramiz Əzizbəylinin doğum günüdür. Xalq artistimizin 70 yaşı tamam olur.
Modern.az saytı doğum günündə yubilyarla əlaqə saxlayaraq, təəssüratlarını öyrənib.
“70-ci ömrü qarşılamağı Tanrı mənə nəsib etdi. Nə deyə bilərəm ki! Baxmayaraq ki, bu gün mənim özəl günümdür, amma xalqıma rahat və firavan həyat arzulayıram. Təbii, deyə bilmərəm ki, səhhətimdə hər şey qaydasındadır. Amma içimdən gələn səs bunları deyir. “Əlayam”, “əlayam”, “əlayam””.
Xalq artisti doğum günündə ona edilən təbrikləri də dilə gətirib.
“Artıq dünən axşamdan yaxın dostlar zəng edib xoş sözlərini deyirlər. Hətta, sadiq tamaşaçılar var ki, onlar da bu günümdə məni unutmayıblar. Hamı çox sağ olsun. Millətimin qadasını alım, başına dönüm. Tanrı hər birinə yar olsun”.
“70 illik yubileyinizdə gözlədiyiniz nəsə varmı” sualına Ramiz Əzizbəyli özünəməxsus tərzdə cavab verib.
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
“Düzünü desəm, heç kimdən heç nə gözləmirəm. Kimlərsə nəsə versə, alaram, əllərini geri qaytarmaram. Amma verməsələr də sağ olsunlar. Əsas odur ki, həyatın mənasını anlaya bilək. Qalanı boşdur”.
Ramiz Əzibəyli 1948-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. M.A.Əliyev adına ADİİ-nun mədəni-maarif fakültəsini bitirib. 1987-ci ildə “Debüt” studiyasının çəkdiyi “Pirverdinin xoruzu” qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalında isə rejissor debütünə görə mükafata layiq görülüb.
R.Əzizbəyli 1991-ci ildə “Bəxt üzüyü” tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və Azərbaycanın yeni tarixində çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər