Keçmişin kölgəsində: Bürclər və unudulmayan xəyanətlər
Bəzi insanlar keçmişdə yaşadıqları mənfi hadisələri unudaraq həyatlarına davam edə bilirlər. Ancaq elə şəxslər də var ki, onlara edilən haqsızlıqları və xəyanətləri yaddaşlarında uzun müddət saxlayırlar. Astrologiyaya görə, bəzi bürclər güclü emosional yaddaşları və etimada verdikləri önəm səbəbindən keçmişdə baş verənləri asanlıqla unutmurlar. Onlar bağışlasalar belə, həmin insanlara əvvəlki kimi etibar etmirlər.
Minval.info xəbər verir ki, Əqrəblər üçün etibar münasibətlərin ən vacib təməllərindən biridir və bu etibar sarsıldıqda hadisəni asanlıqla unutmurlar. Onlara edilən pisliyi çox vaxt üzə vurmasalar da, yaşananları bütün detalları ilə yadda saxlayırlar. Xüsusilə xəyanət və yalan Əqrəblərin gözündə bağışlanması ən çətin səhvlərdən hesab olunur. Bir dəfə etimadı itirən insanın Əqrəbin həyatında əvvəlki yerini yenidən qazanması olduqca çətin başa gəlir.
Buğalar sakit və səbirli görünürlər, lakin onların səbrini sınamaq heç də yaxşı fikir deyil. Etibar etdikləri insan tərəfindən incidildikdə, həmin hadisəni uzun müddət düşünə və yaşananları asanlıqla geridə qoymaya bilərlər. Onlar adətən yüksək səslə mübahisə etməkdənsə, məsafə saxlamağa və münasibəti tədricən soyutmağa üstünlük verirlər. Buğa üçün bir dəfə qırılan etimadı yenidən bərpa etmək uzun və çətin prosesdir.
Xərçənglər emosional və həssas olduqları üçün yaşadıqları hadisələri ürəklərinə çox yaxın qəbul edirlər. Sevdikləri və güvəndikləri insandan gördükləri pislik isə onların yaddaşında uzun müddət qalır. Onlar hətta qarşı tərəfi bağışlasalar belə, həmin hadisənin yaratdığı hissləri tamamilə silməkdə çətinlik çəkirlər. Buna görə də Xərçəng bir müddət sonra əvvəlki kimi davransa da, daxilində yaşananları unutmamış ola bilər.
Oğlaqlar hisslərini hər zaman açıq şəkildə nümayiş etdirməsələr də, kimin onlara necə davrandığını yaxşı xatırlayırlar. Onlar xəyanət və haqsızlığı emosional partlayışla deyil, daha çox səssiz şəkildə qiymətləndirirlər. Bir insanın etibarını itirdiyini düşündükdə münasibəti əvvəlki səviyyəyə qaytarmaq əvəzinə məsafə saxlayırlar. Oğlaq üçün keçmişdə yaşanan pis hadisə sadəcə inciklik deyil, gələcəkdə eyni səhvi təkrarlamamaq üçün bir dərsə çevrilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib