31.03.2025 - 12:05
Gündəm
89 baxış
Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı öldü
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbərliyində təmsil olunan şəxslərin müflis etdiyi iş adamı İbrahim Zeynalov vəfat edib.Bu barədə mərhumun yaxınları məlumat veriblər.
İ.Zeynalov Neftçala rayonunun Bankə qəsəbəsində yaşadığı vaqonda, 76 yaşında dünyasını dəyişib.
Keçmiş iş adamının xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, o, Prezident Administrasiyasının İşlər İdarəsinin nəzdində olan “Buzovna əkinçilik, heyvandarlıq və südçülük Sovxozu”nda uzun illər direktor işləyib. 2007-ci ildə Bakıda sintetik xalça fabriki açıb. Elə həmin ərəfədə MTN tərəfindən saxlanılıb, 8 milyon manat pulu hədə-qorxu yolu ilə ələ keçirilib.
Bundan sonra müflis olan İ.Zeynalov son illər Neftçala rayonundakı vaqonda yaşayırdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
14.10.2026 - 23:00
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
10.10.2026 - 16:48
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
10.10.2026 - 15:48
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
10.10.2026 - 12:18
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda
09.10.2026 - 12:28
Paşinyan Azərbaycan dilində mahnı ilə video paylaşdı
09.10.2026 - 10:38