Kartdan karta əməliyyatlarda yeni qaydalar: Kimlərə məhdudiyyət tətbiq olunacaq?
Kartdan karta əməliyyatlarla bağlı yeni qaydalar yalnız müəyyən risk qruplarına tətbiq ediləcək.
Minval.info xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bu barədə açıqlama verib. Onun sözlərinə görə, risk qrupuna daxil olmayan şəxslərə hər hansı məhdudiyyətlər tətbiq edilməyəcək.
Deputat əlavə edib ki, vergidən yayınma hallarının qarşısını almaq məqsədilə Dövlət Vergi Xidməti artıq iki ildən çoxdur ki, sahibkarların kartdan karta əməliyyatlarına nəzarət edir. Bu istiqamətdə işlər davam etdirilir.
Vüqar Bayramovun fikrincə, tətbiq olunan limitlər qiymət artımına səbəb olmayacaq. O bildirib ki, qiymət artımını təsir edən müxtəlif faktorlar var, lakin limitlərin sahibkarlar üçün əlavə xərc yaratması gözlənilmir. Əgər süni qiymət artımına cəhd edilərsə, dövlət qurumlarının nəzarəti gücləndirilməlidir.
Xatırladaq ki, Azərbaycanda avqustun 1-dən etibarən kartdan karta əməliyyatlara limitlər tətbiq olunmağa başlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib