Karantin günlərində bu "ASAN Xidmət" lər işləməyəcək - Rəsmi
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar bəzi “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılacaq.
Minval.info xəbər verir ki, bu barədə müvafiq Qərara əsasən 14 və 15 iyun tarixlərində Bakı şəhərindəki bütün “ASAN xidmət” və “ASAN Kommunal”, o cümlədən Sumqayıt, Gəncə və Kürdəmir regional “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərməyəcək.
Rəsmi məlumatda bildirilib ki, qeyd olunan tarixlərdə hazır sənədlərin götürülməsi üçün mərkəzlərə müraciət etməli olan vətəndaşlar növbəti iş günlərində müvafiq xidmətlərdən yararlana bilərlər.
Xatırladaq ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu “ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO