Karantin cərimələrini ödəməyənləri nə gözləyir? - Açıqlama
Bakıda keçirilən reydlərin birində vətəndaşın “Yaz cəriməni, çıxım gedim. Onsuz da ödəməyəcəyəm” reaksiyası müzakirələrə səbəb olub.
“Minval.info” xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov məsələ ilə bağlı Baku TV-yə bildirib ki, bu cür düşünənlər səhvə yol verirlər:
“Karantin rejiminin pozulmasına görə tətbiq edilən cərimələrin ödətdirilməsi mexanizmi mövcuddur. Tərtib edilən protokola görə vətəndaşa məhkəməyə müraciət etməsi üçün 10 gün müddət verilir. Yəni vətəndaş özünü günahkar hesab etmirsə, protokoldan şikayət verə bilər. 10 gün müddət tamam olanda şikayət olunmazsa, protokol qanuni qüvvəyə minmiş sayılır.
Bundan sonra vətəndaşa cəriməni ödəmək üçün 30 gün vaxt verilir. Bu 40 gün ərzində sahə müvəkkilləri adına protokol tərtib edilən şəxslərə cəriməni ödəmələri barədə xəbərdarlıq edir”.
Qeyd edək ki, 40 gündən sonra cəriməni ödəməyən şəxslərin evlərinə və iş yerlərinə bildirişlər göndəriləcək ki, dərhal cəriməni ödəsinlər. Cəriməni ödəməkdən imtina edən şəxslərin avtomobilləri varsa, saxlanılacaq və cərimə ödənilənədək nəqliyyat vasitəsi cərimə meydançasında saxlanılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır