Kanadada kral III Çarlzlı yeni əsginas təqdim edildi
Kanada Mərkəzi Bankı Kral III Çarlzın portretinin yer aldığı yeni 20 dollarlıq əsginası ictimaiyyətə təqdim edib. Bu yeni əsginas paytaxt Ottavada keçirilən tədbirdə nümayiş olunub və Kraliça II Elizabetin portretini əvəz edən ilk əsginasdır.
Minval.info xəbər verir ki, yaşıl rəngin üstünlük təşkil etdiyi şaquli dizaynlı əsginasın 2027-ci ilin fevral ayının sonlarından etibarən mərhələli şəkildə dövriyyəyə buraxılması planlaşdırılır. Əsginasın üzərində Kral III Çarlzın portreti ilə yanaşı, Kanadanın 13 əyalət və ərazisini təmsil edən bitki simvolları da yer alır. Arxa hissədə isə Vimi Milli Memorialı təsvir olunub.
Kanada Mərkəzi Bankı yeni əsginasın saxtalaşdırmaya qarşı əlavə təhlükəsizlik elementlərinə malik olduğunu açıqlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi