Kamran Əliyev: “Füzulidə bayraq sancmağa yer qalmamışdı”
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev noyabrın 3-də Böyük Britaniyanın “Reuters” İnformasiya Agentliyinə müsahibə verib.
Musavat.com xəbər verir ki, müsahibəsi zamanı Baş prokuror Azərbaycan Qoşunlarının Füzuliyə daxil olarkən bayraq sancmağa salamat bina tapa bilmədiyini deyib.
“Hərbçilərimiz orada bayraq sancmağa bir yer tapmadı, çünki salamat bina yox idi. SSRİ dövründə böyük bir şəhər olan Füzulidən geriyə yerlə yeksan edilmiş şəhər qalmışdı. Zəngilanda isə, yeganə dağıdılmamış bina hərbi qulluqçuların uşaqları üçün nəzərdə
tutulmuş məktəb məktəb binası idi…”, – o əlavə edib.
“Reuters”ə Ermənistanın Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi cinayətlər barədə ətraflı məlumat verən baş prokuror, həmçinin bölgədəki 700 tarixi bina və abidələrin əksəriyyətinin dağıldılması faktı ilə bağlı cinayət işi açıldığını qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO