Kamil sadıqovun böyük arzuları: "Liverpul" və "qalatasaray"da oynamaq istəyir!
Azərbaycanlı gənc futbolçu Kamil Sadıqov yeni mövsümdə Albaniyanın ‘KS Besa Kavaya’ klubunun heyətində çıxış edəcək. Bu klub Kavaya şəhərini təmsil edir və Kamil burada mərkəz yarımmüdafiəçisi mövqeyində oynayacaq.
Minval.info xəbər verir ki, Kamilin atası Elçin Sadıqov oğlunun futbola olan marağının 6 yaşında başladığını və bu yaşdan etibarən ‘Əlincə’ klubunda təlim aldığını bildirib. Burada 6 il ərzində özünü inkişaf etdirən Kamil, daha sonra ‘Qarabağ’ klubunun akademiyasına dəvət alıb və burada 6 il ərzində həm texniki, həm də liderlik bacarıqlarını nümayiş etdirib.
Azərbaycan I Liqasında ‘Difai’ klubunda uğurlu çıxışlarından sonra Kamil Albaniyadan təklif alıb. Gənc futbolçu gələcəkdə Azərbaycan milli komandasının formasını geyinmək və İngiltərənin ‘Liverpul’ klubunda oynamaq arzusundadır. O, həmçinin Türkiyənin ‘Qalatasaray’ klubunda da çıxış etməyi hədəfləyir.
‘KS Besa Kavaya’, 1925-ci ildə yaradılmış və Albaniyanın ən köklü futbol klublarından biridir. Klubun ev oyunları Kavayadakı Besa Stadionunda keçirilir və ənənəvi rəngləri sarı və qaradır. Tarixi boyunca Albaniya Kuboku və Superkubokunu qazanmış, həmçinin UEFA yarışlarında iştirak etmişdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib