Kamçatkadakı vulkan dramı: Azərbaycanlı aparıcı xilas edildi
Avqustun 22-də Kamçatkadakı Ploski Tolbaçik vulkanı ərazisində güclü yağışlar nəticəsində avtomobil yolları su altında qalıb və turistlər təcrid olunub. Bu hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olub və turistlər xarici aləmdən təcrid vəziyyətində qalıblar. Lakin sonradan bütün zəruri ləvazimatlarla təmin ediliblər.
Minval.info xəbər verir ki, “Kamçatka vulkanları” təbiət parkında təcrid vəziyyətində qalanlar arasında Azərbaycan vətəndaşı, aparıcı və animator Tatyana Dolivets də olub. O, turistlərin təxliyə olunduğunu bildirib və Fövqəladə Hallar Nazirliyinin helikopterini gözlədiklərini qeyd edib. “100-ə yaxın adam təxliyə olunur. Təşvişli gecə idi, lakin sevimli ölkəmin vətəndaşlarının diqqəti məni çox təsirləndirdi. Azərbaycan – təşəkkür edirəm”, – deyə Dolivets bildirib.
Kamçatka diyarı hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, Tolbaçik vulkanının turist marşrutunda ümumilikdə 149 nəfər ilişib qalıb. Onlardan 117-si helikopterlərlə təxliyə ediləcək. Qalan 32 nəfər isə texnika ilə birlikdə yerində qalan sürücülərdir. Turistlər və bələdçilər helikopterlərlə Esso kəndinə çatdırılacaq və oradan avtobuslarla Petropavlovsk-Kamçatskiyə aparılacaqlar. Sürücülər isə nəqliyyat vasitələri ilə birlikdə yolun təmizlənməsini gözləyəcəklər. Yol bərpa edildikdən sonra onlar ərazidən çıxa biləcəklər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sankt-Peterburqda sənaye zonasında nəhəng yanğın
Goranboy-Naftalan yolunda faciəvi qəza: 2 ölü
Ağstafada TikTok çəkilişi faciə ilə bitdi
İsmayıllıda göldə bacı-qardaş faciəsi: Axtarışlar davam edir
Bağırsaq xərçəngi gəncləşir: Həkimlər narahatdır!
Xırdalanda sakinlərdən qanunsuz yolbənd narazılığı
Avtomobil tarixçəsi niyə gizli saxlanılır?