Kamçatkada vulkan əsirliyində: Azərbaycanlı turist kömək gözləyir
Avqustun 22-də Rusiyanın şərqində yerləşən Kamçatka yarımadasında, Ploski Tolbaçik vulkanında bir qrup turist çətin vəziyyətdə qalıb. Güclü yağışlar nəticəsində vulkana gedən yol tamamilə yuyulub və turistlər geri qayıtmaqda çətinlik çəkirlər.
Minval.info xəbər verir ki, çarəsiz qalan turistlər arasında Azərbaycan vətəndaşı, aparıcı və animator Tatyana Dolivets də var. O, bu barədə öz “Instagram” səhifəsində məlumat verib. Dolivetsin bildirdiyinə görə, 16 nəfərlik qrup “Kleşnya” turist dayanacağının yaxınlığında ilişib qalıb və yolun təxminən 30 kilometri yuyulub.
“Biz “Ural” maşınında, “Kleşnya” dayanacağındayıq. Yol yuyulub və geri dönüş mümkün deyil. Burada təxminən 100 nəfər torpaqdan təcrid olunmuş vəziyyətdədir. Ərzaqlarımız yalnız bir günlük qalıb”, – deyə Tatyana Dolivets bildirib. O, həmçinin turistlər arasında Çin, Belarus, İsrail və Rusiya vətəndaşlarının da olduğunu qeyd edib.
Mobil internetin olmaması səbəbindən Dolivets əlaqə yarada biləcəyi və paylaşım edəcəyi yerə çıxıb. O, Rusiyanın fövqəladə xidmətlərinin və Azərbaycandakı müvafiq dövlət strukturlarının köməyinə ehtiyac duyduqlarını bildirib.
Xatırladaq ki, son günlər Kamçatkada nəqliyyatla bağlı ciddi problemlər yaşanır. Güclü yağışlar Milkovo-Klyuçi-Ust-Kamçatsk regional yolunu yuyub aparıb və bəzi yollar müvəqqəti olaraq bağlanıb. Yol işçiləri hazırda yolun bərpası üzərində çalışırlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ayılar kəndlərə hücum edir: Nazirlik tədbir görür
Bakı metrosunda M7 ekspres marşrutu işə düşür
Məktəb bufetlərində təhlükəsizlik: AQTA-dan xəbərdarlıq
Bakıda IRONMAN yarışı üçün yollar bağlanır
Qərb mediasının Azərbaycana qarşı qərəzli kampaniyası
Renat Dadaşov Ukraynanın 'Bukovina' klubunda!
Bakıda göz rəngi əməliyyatı görməni zəiflətdi