Kadırov Mahaçqala hava limanındakı iğtişaşlara münasibət bildirib
Çeçenistan rəhbəri Ramzan Kadırov Mahaçqala hava limanında baş verən iğtişaşlarla bağlı ilk dəfə danışıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, Kadırov baş verənləri yolverilməz adlandırıb.
Kadırov bildirib ki, Rusiyanın düşmənlərinin ardınca getmək və vəziyyəti içəridən sarsıtmaq olmaz: “Yəhudi millətindən olan insanları axtarmaq üçün mitinqlər keçirmək, hava limanlarını dağıtmaq və zorakılığa çağırmaq olmaz. Biz bütün bunlardan üstün olmalı, torpağımızda asayişi qorumalıyıq. Bu cür hərəkətlər hər bir halda yolverilməzdir və bunun qarşısı çox sərt alınacaq”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Çeçenistan rəhbəri eyni zamanda qeyd edib ki, İsrail dinc əhaliyə qarşı kütləvi terror təşkil edərək dünyaya özünün əsl simasını göstərib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda