Kərgədan ovçuları aslanlara yem oldu

Cənubi Afrikada dəhşətli hadisə baş verib.
“Ölkə.Az” xəbər verir ki, kərgədan ovlamaq üçün qoruğa girən iki və ya üç nəfər aslan sürüsü tərəfindən parçalanıb və yeyilib.
Qoruğun işçiləri iki və ya üç nəfərin qalıqlarını Sibuya təbiət qoruğunda tapıblar. Ovçuların yanında bir tüfəng və bir balta da olub.
Asiyada kərgədan buynuzuna tələbin artması bu sahədə brakonyerliyi də artırıb. Çin, Vyetnam və bəzi Asiya ölkələrində kərgədan buynuzunun cinsi gücü artırdığına inanılır.
Qoruqdan verilən açıqlama əsasən, bir aslan sürüsü qoruğa girib. Ovçuların dəqiq neçə kişi olduğu bilinmir. Onlardan elə də çox şey qalmayıb. Qoruq işçisi qeyd edib ki, insan qalıqlarını əldə etmək üçün bir neçə aslanı uyuşdurucu güllə ilə vurmaq məcburiyyətində qalıblar.
Qeyd edək ki, Cənubi Afrikada son 10 ildə 7 mindən çox kərgədan ovlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Güllünün ölümündə şok etiraf: Qızı qatil çıxdı!
İranın raket hücumları: ABŞ bazaları hədəfdə
Anastasiya Trequbova keçmiş əri tərəfindən döyüldü
Şəkidə səhv ayaq əməliyyatı: Xəstə şikayətçi!
Ebola Konqoda 3 mindən çox can aldı
Qızılın qiyməti inflyasiya öncəsi yüksəldi
İranın raket hücumu: ABŞ bazasında ziyan var