Kərbəladan qayıdan 2 nəfər gömrük işçilərini aldatmaq istədi
Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan gələn BA999KU dövlət nömrə nişanlı “Mercedes Benz” və 90 CD 920 dövlət nömrə nişanlı “SETRA S215 HD” markalı avtobusların sərnişinləri, Ərbəin (Kərbəla) ziyarətindən qayıdan Azərbaycan vətəndaşları – Süleyman Kərimov və Fairə Məmmədovaya məxsus əl yüklərinə baxış keçirilib.
“Minval.info”ya daxil olan məlumata görə, rentgen aparatından keçərkən S.Kərimovun əl yükünün içərisində rəngli fonda cizgilər müşahidə edilib. Yoxlama zamanı vətəndaşa məxsus 6 ədəd paketdə əvvəlcədən gömrük nəzarətinə bəyan olunmamış 15 ədəd “Samsung” markalı mobil telefon, 22 ədəd “Samsung” markalı mobil telefon üçün qulaqlıq, 18 ədəd üzərində “Samsung” yazılmış enerji yükləyicinin başlığı, 17 ədəd “USB” kabeli və mobil telefon üçün 72 ədəd aksessuar (telefon saxlamaq üçün dayaq) aşkar edilib.
F.Məmmədovanın əl yükündən isə gömrük nəzarətindən gizlədilmiş, aksiz markası olmayan 4200 ədəd “Cavallo” adlı siqaretlər aşkarlanıb.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!