Kərə yağı üçün gömrük rüsumu 3 dəfə azaldılıb, bəs qiymətlər niyə endirilmir? (VİDEO)
Azərbaycana idxal edilən kərə yağına tətbiq edilən gömrük rüsumunun 15 faizdən 5 faizə endirilməsindən sonra qiymətlərin enəcəyi proqnozlaşdırılırdı.
Rüsumların azaldılması sahibkarlara qiymətləri aşağı salmağa imkan verirdi. Amma proqnozlar özünü doğrultmadı.
İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, araşdırmalar göstərir ki, qiymətlər yalnız yanvar ayının əvvəlində cəmi 50-60 qəpik civarında enib. Sonradan bu tendensiya davam etməyib. Halbuki, qiymətlər 2-3 manat enməli idi.
Vüqar Bayramov deyir ki, bu müddət ərzində kərə yağının idxal olunduğu ölkələrdə də yağın qiyməti dəyişməyib. Yəni yerli sahibkarlar xaricdə qiymət artımını bəhanə edə bilməzlər.
İqtisadçı ekspertin fikrincə, ölkə qanunvericiliyi qiymətləri tənzimləməyə imkan verir. Odur ki, bazarlarda monitorinqlər aparılmalıdır. İdxal edilən kərə yağının qiymətinin bundan sonra necə olacağı hələlik bəlli deyil.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib