Kəndlər boşalır: Kənd təsərrüfatı gəlirsiz qalır
Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün müxtəlif dövlət dəstəyi göstərilsə də, ölkənin bəzi ərzaq məhsullarında idxaldan asılılığı hələ də müzakirə mövzusudur. Fermerlər su çatışmazlığı, texnika, satış bazarı, logistika və məhsulun saxlanılması kimi problemlərlə üzləşirlər. Kənd təsərrüfatına ayrılan subsidiyalar və digər dəstək mexanizmlərinin istehsalın artmasına təsiri nə qədərdir? Ərzaq idxalını azaltmaq üçün hansı sahələrə daha çox diqqət yetirilməlidir?
Minval.info xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli kənd təsərrüfatında əsas problemin yalnız su təminatı və ya subsidiyalaşdırma ilə bağlı olmadığını vurğulayıb. Onun sözlərinə görə, əsas məsələ kənd təsərrüfatının gəlirli sahəyə çevrilməsidir. “Bu sahə gəlirli olmalıdır ki, insanların bu sahədən əldə etdiyi gəlir artsın və kənd təsərrüfatında çalışmaq istəyənlərin sayı çoxalsın,” – deyə o bildirib.
N.Cəfərli qeyd edib ki, hazırda əks proses müşahidə olunur: “Gəlirlərin azalması istehsala, istehsalın azalması isə kənd təsərrüfatına marağın zəifləməsinə səbəb olur. Bu isə kəndlərdən şəhərlərə köçü sürətləndirir. Biz 10-15 ildən sonra kəndlərdə yaşayan insan qalmadığını görə bilərik. Ona görə də fermerlərə ciddi dəstək verilməli, faizsiz kreditlər təqdim olunmalı və fəaliyyətlərinə əsassız müdaxilələrə yol verilməməlidir.”
İqtisadçı hesab edir ki, subsidiyaların həm həcminin, həm də effektivliyinin artırılmasına ehtiyac var. Onun fikrincə, yalnız ayrılan vəsaitin məbləğinin artırılması kifayət deyil, subsidiyaların fermer üçün real nəticə yaratması təmin edilməlidir. N.Cəfərli kənd təsərrüfatında çalışmağı seçən insanlar üçün əlavə güzəştlərin tətbiqini də vacib sayır. “Kənd yerlərində yaşayan insanların kommunal xidmətlərə çıxışı daha ucuz şərtlərlə təmin edilə bilər. Qaz, elektrik enerjisi və su tarifləri aşağı olmalıdır,” – deyə o əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda avqust ayı rekord istilərlə yadda qaldı
Trendyol sifarişlərində gecikmə: Səbəblər açıqlandı
Sabir Rüstəmxanlı gənclərlə ədəbiyyat söhbətində
3 yaşlı uşağın amputasiya olunmuş əli bərpa edildi
Azərbaycan Premyer Liqasında IV turun təyinatları açıqlanıb
Bakıda məktəblər dezinfeksiya edilir
90-cı illərdə hərbi xidmət edənlərə kompensasiya veriləcək?