14.08.2026 - 11:58
Hadisə 42 baxış

Kəlbəcərdə mina partlayışı: 73 yaşlı kişinin həyatını dəyişən anlar

Kəlbəcər rayonunun Sarıyel kəndində baş verən mina partlayışı nəticəsində 73 yaşlı bir şəxs ağır xəsarət alıb. Hadisə avqustun 14-də, gecə saat 03:30 radələrində baş verib və yaralı şəxs dərhal Gəncə Şəhər Birləşmiş Xəstəxanasına yerləşdirilib.

Minval.info xəbər verir ki, xəstəxanadan verilən məlumata görə, yaralıya sağ topuq nahiyəsinin amputasiyası diaqnozu qoyulub və ona zəruri tibbi müdaxilələr edilib. Hazırda onun müalicəsi davam etdirilir və vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb. Məlumata görə, Tərtər rayonunun Qaynaq kəndindən olan 1953-cü il təvəllüdlü Kamran Süleymanov, minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb. Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: