23.08.2021 - 12:36
Qarabağ 3 baxış

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 22-si saat 20:47-dən 22:50-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Minval.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Cavab atəşilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: