Kəlbəcər girovu ailəsinə məktub yazıb
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Azərbaycan vətəndaşı Şahbaz Quliyev ailəsinə məktub göndərib.
Bu barədə Azvision.az -a girovun qardaşı İlham Quliyev məlumat verib. Onun sözlərinə görə, Şahbaz məktubunda sağ-salamat olduğunu yazıb.
“Şahbazın məktubunu bizə 20 gün əvvəl veriblər. Qardaşım məktubda sağ olduğunu, narahat olmamağımızı, hər şeyin qaydasında olduğunu yazıb. Məktub təxminən bir neçə cümlədən ibarətdir. Bu dəfə bizə videogörüntü vermədilər. Məktub Şahbazın öz xətti ilə yazılıb”.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!