Jurnalistlərə “Rəqəmsal ödənişlər” mövzusunda təlim təşkil ediləcək

Maliyyə Bazarlarına Nəzarət Palatası “VISA Inc.” beynəlxalq kart təşkilatı ilə birgə fevralın 12-də kütləvi informasiya vasitələri nümayəndələri üçün “Rəqəmsal ödənişlər” mövzusunda təlim keçirəcək.
Palatadan Azvision.az -a bildirilib ki, təlimdə rəqəmsal ödəniş sistemləri, elektron ödənişlər və kölgə iqtisadiyyatı, rəqəmsal ödənişlərin iqtisadi təsiri, bu sahədə məhdudiyyətlər, müxtəlif ölkələrdə elektron ödənişlərin qəbul səviyyəsi, “nağdsız ödəniş” təcrübəsi, habelə “VISA Inc.” beynəlxalq kart təşkilatı tərəfindən tətbiq olunan innovativ məhsul və xidmətlər haqqında məlumat veriləcək.
Təlimdə “VISA Inc.” beynəlxalq kart təşkilatının Mərkəzi və Şərqi Avropa, Orta Şərq və Afrika region ölkələri üzrə qlobal ictimai siyasət departamentinin rəqəmsal ödənişlər sahəsində eksperti Majeed Hujairin məruzəsi dinləniləcək. Təlim iştirakçılarına beynəlxalq sertifikat təqdim olunacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!