Almaniyada paylaşılan xəritə Fransada narazılıq yaratdı
“Almaniya üçün Alternativ” (AfD) partiyasının gənclər təşkilatının rəhbərliyində təmsil olunan Helmut Ştraufun Elzas-Mozel ərazilərini Almaniyanın tərkibində göstərən xəritə paylaşması Fransada kəskin reaksiyalara səbəb olub. Publika.az-ın məlumatına görə, H.Ştrauf “X” sosial şəbəkəsində paylaşdığı xəritədə Fransanın Elzas və Mozel bölgələri ilə yanaşı, Avstriya, İsveçrə, İtaliya və Lüksemburqun bəzi ərazilərini də Almaniyanın tərkibində göstərib. O, paylaşımını “Almaniyanın yenidən birləşməsi bütün alman xalqının vahid dövlət daxilində birləşməsi deməkdir” fikri ilə müşayiət edib. “Böyük Almaniya” ideyasını əks etdirən bu paylaşım sonradan silinsə də, geniş rezonans doğurub.
Fransalı siyasətçilər məsələyə dərhal reaksiya veriblər. İfrat sağçı Milli Birlik (RN) partiyasının deputatı Teo Bernhardt Elzas-Mozelin bir daha heç vaxt Almaniyanın tərkibində olmayacağını və bu ərazilərin ilhaqının qəbuledilməz olduğunu bildirib.
Solçu “Əyilməz Fransa” (LFI) partiyasının deputatları Emmanuel Fernandes və Klemans Güette də sosial şəbəkələrdə çıxış edərək xəritəni pisləyiblər. K.Güette bu cür ideyaları Adolf Hitlerin siyasəti ilə əlaqələndirərək AfD-nin mövqelərinin güclənməsinin Avropada sülh üçün narahatlıq doğurduğunu vurğulayıb.
Xatırladaq ki, Fransa-Almaniya sərhədində yerləşən Elzas və Mozel əraziləri tarix boyu bir neçə dəfə dövlət mənsubiyyətini dəyişib və İkinci Dünya müharibəsindən sonra tam olaraq Fransanın suverenliyinə keçib. Baş verən son insident Şengen məkanına baxmayaraq, iki ölkə arasında tarixi həssaslığın və milli suverenlik məsələsinin hələ də aktual qaldığını göstərib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Cibuti yaxınlığında miqrant qayığının batması faciəsi: 109 ölü
ABŞ qırıcısı yük gəmisini belə vurdu: CENTCOM-dan açıqlama
Husilərin Riyaddakı hava limanına hücumu AB tərəfindən qınandı
Roma Papası Leo XIV ağciyərindəki düyün səbəbindən əməliyyat olunacaq
Papanın ağciyərində düyün aşkarlandı
Çexiyada baş nazir Babiş Senat seçkilərində çətin sınaqla üzləşir
Tarakan Xalq Partiyasının lideri azadlığa buraxıldı