Jurnalist öz maaşı hesabına Mübariz İbrahimov barədə müsabiqə elan edib

Mübariz İbrahimovun anadan olmasının 31-ci ildönümü münasibətilə “Mübariz İbrahimov – vətənpərvərlik nümunəsi” mövzusunda araşdırma-yazı müsabiqəsi elan edilib.
Minval.İnfo xəbər verir ki, bu müsabiqəni jurnalist Şahin Sərdarlı öz maaşı hesabına elan edib.
Müsabiqədə iştirakın yaş məhdudiyyəti yoxdur.
Mükafatlandırılma aşağıdakı formada aparılacaq:
I yer – 1 nəfər – 100 manat
II yer – 2 nəfər – 75 manat
III yer –3 nəfər – 50 manat
QEYD: Müsabiqə fondu jurnalistin 1 aylıq əməkhaqqısı hesabına maliyyələşəcək.
Müsabiqənin mükafatlandırma mərasimi Mübariz ibrahimovun doğum günündə – 7 fevral tatixində baş tutacaq (Məkan haqqında ətraflı məlumat veriləcək).
Yazıları “[email protected]” e-mail ünvanına göndərmək xahiş olunur.
Müsabiqədə qalib olmuş yazılar mətbuatda dərc olunacaq.
Müsabiqəyə qatılmaq üçün SON TARİX: 31.01.2019
ƏLAQƏ: (055) 572 46 51
Minval.İnfo / Samral
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayın 4-dən gözəllik salonları və bərbərxanalar açılır
Bakıda 10 evi su basdı - VİDEO
Məktəblilərin Novruz tətili günləri açıqlandı
Yeni kənd təsərrüfatı naziri KİMDİR? - FOTO
Bu il dünyasını dəyişən TANINMIŞLAR
Polisin bu səlahiyyəti “ASAN Xidmət”ə verilə bilər