25.08.2026 - 13:39
Ölkə 14 baxış

Jeacoo J8-in 19 900 km-lik sınağı davam edir!

Azərbaycanda həyata keçirilən Limitless Drive layihəsi çərçivəsində Jeacoo J8 avtomobili 30 günlük fasiləsiz sürüş testinin 14-cü günündə artıq 19 900 kilometr məsafə qət edib. Bu müddət ərzində avtomobil yalnız hamar yollarda deyil, həm də dağ yolları, qayalıq ərazilər, çay keçidləri, meşə yolları, palçıq və çınqıllı marşrutlarda sınaqdan keçirilib.

Minval.info xəbər verir ki, layihə çərçivəsində avtomobilin uzunmüddətli və fasiləsiz istismar şəraitində davamlılığı, performansı, yanacaq sərfiyyatı və ümumi texniki göstəriciləri real yol şəraitində yoxlanılır. Avtomobilin texniki qulluğuna xüsusi diqqət yetirilir və 10 000 kilometr məsafə qət edildikdən sonra mühərrik yağı dəyişdirilib. Bu məqsədlə Granville mühərrik yağından istifadə olunur.

JAECOO J8-in yol ilə təmasının təmin edən əsas komponentlərdən biri olan təkərlər də layihənin mühüm hissəsidir. Avtomobildə Westlake təkərlərindən istifadə edilir və onların müxtəlif yol şəraitində performansı real istismar zamanı müşahidə olunur. Hazırda layihənin 30 000 kilometrlik hədəfinin 19 900 kilometri, yəni təxminən 65 faizi tamamlanıb. Qarşıda isə daha 10 100 kilometr məsafə var.

Limitless Drive layihəsi yalnız 30 000 kilometr məsafəni qət etmək deyil, avtomobilin fasiləsiz və uzunmüddətli istismar şəraitində real imkanlarını nümayiş etdirmək məqsədi daşıyır. Layihəni 7/24 canlı olaraq limitlessdrive.az saytı üzərindən izləmək mümkündür.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: