İyulda "Azərkosmos"un ixrac gəlirləri 7 mln dollara çatıb

2021-ci ilin yanvar-iyul aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 31 ölkəsinə 28,7 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
“MİNVAL.İNFO” xəbər verir ki, bu barədə “İxrac icmalı”n avqust sayında məlumat verilib.
“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 92 %-ini təşkil edib. 2021-ci ilin iyul ayında isə “Azərkosmos” ASC dünyanın 24 ölkəsinə 6,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2021-ci ilin yanvar-iyul ayları ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə 9,6 milyon ABŞ dolları ilə ABŞ, 5,8 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 5,6 milyon ABŞ dolları ilə Fransa, 3,7 milyon ABŞ dolları ilə Malayziya və 1 milyon ABŞ dolları ilə BƏƏ qərarlaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“PAŞA Holdinq” yeni şirkət yaradıb
Elman Rüstəmov “Amrahbank”ın işçilərinin maaş problemindən danışdı
Azərbaycan nefti ucuzlaşıb
“Bank of Baku” ilə müştəri arasında plastik kart davası
Bakıda 900 min manat nizamnamə kapitalı ilə şirkət yaradılıb
Hərbi qulluqçuların pensiyaları ilə bağlı Nazirlikdən AÇIQLAMA
Azərbaycanda 25, Avropda 3 faiz - Cibimizə girən banklar