İTV 21 yaşını qeyd edir
Bu gün İctimai Televiziya (İTV) 21 illik yubileyini qeyd edir. 2005-ci il avqustun 29-da fəaliyyətə başlayan İTV, bu müddət ərzində böyük inkişaf yolu keçərək, maraqlı layihələrə imza atmış və tamaşaçıların sevgisini qazanmışdır.
Minval.info xəbər verir ki, İctimai Televiziya Azərbaycanın zəngin və rəngarəng efir məkanında fərqli – ictimai yayım prinsiplərinə uyğun proqram siyasəti yürüdüb. Mötəbər idman yarışları, Futbol üzrə Avropa Çempionatı, Olimpiada və Paralimpiya Oyunları kimi tədbirlər İTV-də nümayiş olunub. Kanal həmçinin dünyada məşhur olan serialları alıb səsləndirərək tamaşaçılara təqdim edir. İTV-nin efirindəki bütün filmlər və cizgi filmləri lisenziya əsasında yayımlanır.
44 günlük Vətən müharibəsi dönəmində də İctimai Televiziya informasiya müharibəsinin ilk sıralarında yer alıb, bu müddət ərzində dəqiq və etibarlı məlumatlar təqdim edərək tamaşaçıların etimadını qazanmışdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir