İtkin düşən 5 nəfər tapıldı, narkotik və silah aşkarlanıb
Sentyabrın 25-də polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılmış və aidiyyəti üzrə təhvil verilmişdir.
Minval.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmçinin dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bu əməliyyatlar zamanı ümumi çəkisi 2 kiloqramdan artıq narkotik vasitə də aşkar edilərək götürülüb.
Bundan başqa, hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyatlar nəticəsində yabanı halda bitmiş 1,6 ton çəkidə 2800 ədəd narkotik tərkibli bitki məhv edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Sentyabrın 25-də polis əməkdaşları paytaxt və müxtəlif rayonlarda 4 avtomat silahı, 4 tüfəng, 4 patron darağı və 54 müxtəlif çaplı patron aşkarlayıb. Daxili İşlər Nazirliyinin əməkdaşları qanunsuz odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat və profilaktik tədbirləri davam etdirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gömrük əməliyyatı: meyvə şirəsi yükündə metamfetamin aşkarlandı
VACİB"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - VİDEO
Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb
Türkiyədə səkkiz nəfəri qətlə yetirən şəxsin ifadəsi ortaya çıxdı
ABŞ-ın varlı şəhərində dəhşətli hadisələr: Ölənlər arasında türklər də var
Avropada daha bir sərnişin təyyarəsində bomba həyəcanı: təcili eniş