İtaliyada koronavirusa ğörə bir çox kommersiya fəaliyyətlərinin dayandırıldığı açıqlandı
İtaliyada koronavirusun yayılması riski səbəbindən ərzaq dükanları və apteklər istisna olmaqla bütün mağazalar bağlanır.
Minval.info Trend-ə istinadən bildirir ki, bu barədə İtaliyanın Baş Naziri Juzeppe Konte deyib.
O, ölkə daxilində bütün restoran və barların bağlandığını bildirib. Evə yemək çatdırılması mümkündür. Bununla yanaşı ictimai nəqliyyat və bir sıra əsas xidmətlər, kənd təsərrüfatı sənayesi, o cümlədən bankların və sığorta şirkətlərinin fəaliyyəti davam edəcək.
“Fabriklər bütün ehtiyat tədbirlərinə riayət etmək şərti ilə açıq qalır “, – baş nazir əlavə edib.
İtaliyada epidemiyanın başlanmasından koronavirusa 12 mindən çox yoluxma hadisəsi aşkarlanıb, 800-dən çox insan ölüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək