İtaliya Nazirlər Şurası koronavirusa qaşrı mübarizə lə bağlı görülən tədbirləri pozan vətəndaşlara ağır pul cəzası kəsəcək.

Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, bu barədə ölkənin “Giornale di Sicilia” qəzeti tərəfindən məlumat yayılıb.

Qəzetin bildirdiyinə əsasən, cərimənin miqdarı 400 avrodan 3000 avroya qədərdir.

Cəza proseduru hərəkət qaydalarına gətirilən məhdudlaşdırmalara əməl etməyən şəxslərə aiddir. Həmin qaydaları avtomobillə pozan vətəndaşların cəriməsi isə 3 dəfə artırılacaq. Karantin rejiminə riayət olunmasına nəzarət etməkdən ötrü şəhərlədə aramsız helikopter patrul xidməti işə salınacaq.

Bundan başqa, o, mətbuatda karantin rejiminin bu ilin iyul ayının 31-nə qədər qüvvədə qalması barədə gedən xəbərlərə də toxunub. Cüzeppe Konte məlumatları qismən doğrulasa da, sadəcə fövqaladə vəziyyət rejimini iyul ayına qədər çəkdiklərini söyləyib. İtaliya hökumətinin başçısı benzindoldurma stansiyalarında işçilərin tətil etmələrini qarşısını almaq üçün həmkarlar ittifaqları ilə danışıqlar aparacığını qeyd edib.

Xatırladaq ki, İtaliya Çindən sonra koronaviurusa yoluxanların sayına görə 2-cı sırada gəlir. Lakin ölüm statistikası artıq Çini də ötüb keçib. Son xəbərlərə görə, 7 minə yaxın insan epidemiyanın qurbanı olub.