İtaliya və Almaniya Azərbaycandan fındıq idxalını artırmaq istəyir
“Avropa ölkələrində Azərbaycanın fındıq ixrac etdiyi əsas bazarları İtaliya və Almaniyadır”.
Bunu “Report”a “Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri İsmayıl Orucov bildirib.
Onun sözlərinə görə, İtaliya və Almaniyanın Azərbaycandan fındıq idxalı ilə bağlı istəkləri böyükdür: “Lakin bizim gücümüzün həddi var. İtaliya və Almaniyanın Azərbaycandan idxalı ümumilikdə 8-12 min ton arasındadır. Düşünürəm ki, bu ayın sonunda Avropa bazarlarına ixrac reallaşacaq”.
İ.Orucov əlavə edib ki, ənənəvi bazarlar sırasında isə Rusiya dayanır və qiymət baxımından ən rahat bazardır.
O qeyd edib ki, aprel ayının soyuq keçməsi bu il məhsuldarlığa təsir edib. Azərbaycan ortalama 20-21 min ton fındıq ixrac edirdisə, bu il 17-18 min ton ixrac olacağını gözləyirik”.
Xatırladaq ki, bu ilin birinci rübündə Azərbaycan 12 ölkəyə 7 060 ton soyulmuş fındıq ixrac edib. Bu, 2018-ci ilin eyni dövründəkindən 57% çoxdur. Rusiyaya (3213,8 ton), İtaliyaya (1710 ton) və Almaniyaya (1447,2 ton) satılıb. Azərbaycan fındıqları Polşa (146 ton), Estoniya (88 ton), Litva (87 ton), Fransa (80 ton), Gürcüstan (80 ton) və digər ölkələrə göndərilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi