İt dişləməsindən sonra burun uğurla bərpa edildi
İt dişləməsi nəticəsində burnunda ciddi toxuma itkisi yaranan pasiyent üzərində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mürəkkəb rekonstruktiv əməliyyat uğurla həyata keçirilib. Minval.info xəbər verir ki, bu əməliyyat, travma nəticəsində burunun böyük hissəsinin itirilməsi ilə pasiyentin həm xarici görünüşünə, həm də burun funksiyalarına ciddi təsir göstərən vəziyyəti aradan qaldırmaq məqsədilə icra olunub.
Əməliyyatın icrası Azərbaycan Tibb Universitetinin Ağız, üz və çənə cərrahiyyəsi kafedrasının müdiri professor Çingiz Rəhimovun rəhbərliyi altında plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə rezident, tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov tərəfindən həyata keçirilib. Cərrahi müdaxilə zamanı burunun itirilmiş hissəsinin bərpası üçün müasir rekonstruktiv üsullardan istifadə edilib və nəticədə zədələnmiş burun toxumalarının anatomik bütövlüyü bərpa olunub.
Əməliyyatın əsas məqsədi burun nahiyəsində yaranmış defektin aradan qaldırılması ilə yanaşı, onun funksional imkanlarının da mümkün qədər bərpa edilməsi olub. Bu uğurlu əməliyyat, pasiyentin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib