İsveçrə memarı Azərbaycanda layihələrin həyata keçirilməsi ilə bağlı təkliflə çıxış edib
“İsveçrə memarları Azərbaycanda layihələrin həyata keçirilməsində maraqlıdır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan-İsveçrə biznes forumunda çıxışı zamanı arxitektor Stiv Rey (Steve Ray) deyib.
“Təmsil olunduğum büroda 10-a yaxın mütəxəssis çalışır və Sineqalda, Çində memarlıq layihələrini həyata keçiriblər. Bu kimi layihələri nəyə görə Azərbaycanda keçirtməyək?!”, – Stiv Rey qeyd edib.
Xatırladaq ki, bu gün Bakıda Azərbaycan ilə İsveçrə arasında biznes forum keçirilib. İsveçrədən bir sıra şirkətlər iştirak ediblər. Biznes forumda qeyd edilib ki, indiyə qədər İsveçrə Azərbaycana 861 milyon ABŞ dolları, Azərbaycan isə İsveçrəyə 2,7 milyard dollar investisiya qoyub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?