İsveçli gənclər Azərbaycan Diplomatik Akademiyasında olublar
İsveçdə və Avropada tanınmış gənc fəal “Antisemitizmə və ksenofobiyaya qarşı mübarizə” gənclər təşkilatının sədri, həmyerlimiz Siyavuş Deraxti və Gənc Politoloqlar Mərkəzinin sədri İlkin Əliyevin təşkilatçılığı ilə Skandinaviya ölkələrindən Azərbaycana gələn 25 gənc ADA nın qonağı okub.
Bu barədə səfərin İnformasiya dəstəkçisi olan ASİM Azərbaycan Diasporu İnformasiya Mərkəzindən məlumat verilib.
Xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayevin adından qonaqları salamlayan Akademiyasının rəhbərliyi gənclərə ADA-nın tarixi, fəaliyyəti, strukturu və gələcək planları barədə məlumat vermişdir.
Gənclər ADA-nın Azərbaycanın təhsil sisteminə gətirdiyi yeniliklərlə maraqlanmışlar. Onlar, həmçinin tələbə həyatı, tələbələrin asudə vaxtlarının təşkili, ADA-nın professor və müəllim heyəti haqqında məlumatlandırılmış, akademiyanın kampusu ilə də tanış olmuşlar.
Qeyd edək ki, səfərin İnformasiya dəstəkçisi Azərbaycan Diasporu İnformasiya Mərkəzi, ATV Azad Azərbaycan Teleradio yayım şirkətidir və İnterpress.az xəbər portalıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi