İsveçli eks-deputat: “Avropanın Azərbaycandan öyrənəcəyi çox şey var”

“İsveç və Azərbaycan arasında münasibətlərin daha da yaxşılaşdırılmasında maraqlıyıq”.
“Minval.info” xəbər verir ki, bunu “Report”un Avropa bürosuna açıqlamasında İsveç Krallığı Riksdaqının (parlamentin) keçmiş deputatı (2014-2018), ekspert Pavel Qamov bildirib.
O, qeyd edib ki, İsveçin və Avropanın Azərbaycandan, Qafqaz və Mərkəzi Asiyanın digər ölkələrindən öyrənəcəyi çox şey var:
“Diplomatik münasibətləri daha da yaxşılaşdırmaq üçün əməkdaşlığa çalışmaq lazımdır. Ticarətin həcminin artırılması, turizm, iş səyahətləri və vətəndaş təşkilatları arasında əməkdaşlıq sayəsində İsveç və Azərbaycan daha da yaxınlaşa bilər. İsveç şirkətlərinin bölgədə özlərini təsdiqləmələri üçün böyük imkanları var. Üstəlik, xüsusilə Nobel qardaşları vasitəsi ilə ölkələr arasında tarixi əlaqələr mövcuddur”, – deyə, o əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi