İstilik mövsümünə hazırlıq: Təhlükəsiz qış üçün nə etməliyik?
Azəristiliktəchizat ASC, 2026–2027-ci il istilik mövsümünə hazırlıq məqsədilə vətəndaşlara müraciət edib. Bu çərçivədə istilik təchizatı sistemlərinin müntəzəm yoxlanılması və texniki vəziyyətinin qiymətləndirilməsi işləri aparılır.
Minval.info xəbər verir ki, qurum, sakinlərdən mənzillərində istilik sistemləri ilə bağlı təmir, quraşdırma və ya dəyişiklik işlərini tez bir zamanda tamamlamalarını xahiş edir. Radiatorlar, boru xətləri və digər istilik avadanlıqlarının tam hazır vəziyyətdə olması vacibdir.
Müraciətdə vurğulanır ki, vaxtında görülən hazırlıq işləri, istilik mövsümü boyunca sistemin təhlükəsiz və etibarlı işləməsini təmin edəcək, həmçinin mümkün qəza hallarının qarşısını alacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib