Türkiyənin İstanbul şəhərində “Suryapı” şirkətindən ev almış bir qrup azərbaycanlı şikayət edib.

Müraciətdə şirkətin həm yerli sakinlər, həm də əcnəbi vətəndaşların qarşısında bir sıra öhdəlikləri yerinə yetirməməsi qeyd olunur. Belə ki, ərazidə mənzillərin zamanında təhvil verilməməsi, kommunal xidmətləri anormal və qeyri-real rəqəmlərlə icra edilməsi, binalarda heç bir əndazəyə sığmayan qaydaların tətbiq oluması bildirilir.

Bundan başqa şirkətin fəaliyyətinin Türkiyəyə investisiya qoyan xarici sərmayəni də narazı saldığı yazılıb.

Sakinlərin şikayətində orada yaşayanlar tərəfindən komissiya yaradıldğı, Türkiyə məhkəmələri və digər dövlət organları nəzdində qanuni prosedur başladılacağı vurğulanıb.

Bundan başqa, Türkiyədə mənzil almaq istəyən Azərbaycan vətəndaşlarına, həm də xaricdə yaşayan soydaşlarımıza səslənərək onların bəzədilmiş vədlərə, reklamlara aldanmamaları rica olunub.