İstənilən halda karantin qaydalarını sərtləşdirməliyik - Professor
“İstənilən halda biz karantin qaydalarını sərtləşdirməliyik”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Operativ Qərargahın Qurban bayramı ilə əlaqədar hazırladığı tədbirlər planından danışarkən deyib. Professor bildirib ki, bayram ərəfəsində insanlar karantin qaydalarına əməl etməlidir:
“Adamlar maska taxmalı və sosial məsafə gözləməlidir. İnsanlar artıq küçələrə çıxacaq, sərbəst gəzəcək, ora-bura gedəcək. Belə bir vəziyyətdə deyilən şərtlərə əməl eləmək lazımdır”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Adil Qeybulla bildirib ki, avqust ayının 5-dən sonra müəyyən yumşalma gözlənilir:
“Əgər bundan sonra insanlar karantin qaydalarına riayət etməsələr, vəziyyət ciddiləşə bilər. Ona görə bu, mütləq nəzərə alınmalıdır”.
Qeyd edək ki, Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bayramla bağlı xüsusi tədbir planı hazırlandığını bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda