“İstəmirsinizsə, iclasa gəlməyin, imkan verin danışaq” - Zahid Oruc
Noyabrın 2-də Milli Məclisin (MM) növbəti plenar iclasında məhkəmələrə yeni hakimlərin namizədliklərinin təsdiqlənməsi ilə bağlı məsələnin müzakirəsi zamanı gərginlik yaşanıb.
Minval.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, müzakirələr zamanı millət vəkili Zahid Oruc ölkədə alternativ cəzaların sayının artmamasının narahatlıq doğurduğunu vurğulayıb.
Onun sözlərinə görə, son zamanlar məhkəmələrdə bəraətlə bağlı hansısa qərara, hökmə rast gəlinməyib: “Hansı ki, alternativ cəzaların verilməsi nəzərdə tutulur. Ən azı 10-a yaxın alternativ cəza növü var. Amma bunlara rast gəlmək olmur”.
Z. Orucun çıxışı zamanı yerdən bəzi deputalar tərəfindən etirazlar olub.
Bu isə millət vəkilini əsəbləşdirib: “Siz nəyə, kimə etiraz edirsiniz? Bütün günü parlament dəhlizlərində hakimlərdən narazılıq etmirsinizmi? İndi nə olub? İstəmirsinizsə, iclasa gəlməyin. İmkan verin danışaq”.
Spiker Oqtay Əsədov da deputatı çıxışını bitirməyə çağırıb: “Kiməsə dərs keçmə”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev qızıl medal qazanan idmançını təbrik etdi - FOTO
60-dan çox ölkədən Əfqanıstanla bağlı BƏYANAT
XİN-in sözçüsü: “Ədalətin bərpa edilməsini tələb edirik”
Rusiya XİN-dən Ermənistanın Azərbaycana müharibə elan etməsinə münasibət
Sabiq maliyyə naziri Rauf Arifoğlunun vəkili oldu - FOTOLAR
Tramp porno aktrisadan 20 milyon tələb edir