İşsizlərə şad xəbər
![]()
Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsi regionda əməkdaşlığın inkişafına və qaz mənbələrinin diversifikasiyasına xidmət edir. Minval.İnfo xəbər verir ki, bunu “Trend”ə müsahibəsində Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov deyib.
N.Mannapbekov deyib: “AİB-in əsas vəzifələrindən biri öz üzvləri arasında, o cümlədən enerji təhlükəsizliyinin təminatına ehtiyacı olan ölkələr arasında regional əməkdaşlığın dəstəklənməsidir. “Cənub Qaz Dəhlizi” məhz bu məsələlərə cavab verir. Biz hesab edirik ki, bu layihə dövlət üçün əlavə gəlir mənbəyi ola bilər və bu gəlirlər sosial proqramların reallaşdırılması və ya iqtisadiyyatın diversifikasiyası üçün istifadə oluna bilər. Layihənin başa çatmasından sonra azı 1800 daimi iş yerinin açılması gözlənilir”.
Qeyd edək ki, AİB “Cənub Qaz Dəhlizi” QSC üçün bir milyard dollar məbləğində vəsaiti razılaşdırıb.
“Cənub Qaz Dəhlizi” Avropa İttifaqı üçün prioritet layihələrdəndir və 10 milyard kubmetr Azərbaycan qazının Gürcüstan və Türkiyədən keçməklə Xəzər regionundan Avropaya çatdırılmasını nəzərdə tutur.
Layihənin dəyəri 40 milyard dollardan çox təşkil edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
Bakıda küləkli hava: Sarı və narıncı xəbərdarlıq
Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı