İsrailin gecə zərbəsi: 'Hizbullah'ın elit komandiri əli samir əl-hac həsən məhv edildi
İsrail ordusu Livanda həyata keçirdiyi əməliyyat nəticəsində ‘Hizbullah’ hərəkatının elit ‘Radvan’ bölməsinin komandirlərindən birini məhv edib. Əməliyyat, ‘Hizbullah’ tərəfindən atəşkəs razılaşmasının pozulması və İsrail hərbçilərinə qarşı törədilən terror aktına cavab olaraq həyata keçirilib.
Minval.info xəbər verir ki, İsrail Müdafiə Ordusunun mətbuat xidməti əməliyyatın Ənsar bölgəsində gecə saatlarında ‘Radvan’ın mərkəzi qərargahına endirilən aviazərbə ilə həyata keçirildiyini açıqlayıb. Zərbə nəticəsində bölmənin batalyon komandiri Əli Samir əl-Hac Həsən hədəf alınaraq məhv edilib.
Ordunun məlumatına görə, əməliyyat zamanı təhlükəsizlik zonasında İsrail qüvvələrinə qarşı hücumlar hazırlayan bir neçə silahlı da zərərsizləşdirilib. Hərbçilər bildiriblər ki, zərbə beynəlxalq hüquqa uyğun olaraq qanuni hədəf olan Həsənə qarşı dəqiq şəkildə yönəldilib.
SAXAL-ın iddiasına görə, zərbə zamanı Həsənin ailəsi də qərargahda olub, lakin onlar əməliyyatın hədəfi olmayıb. Ailə üzvlərinin komandir tərəfindən ‘canlı qalxan’ kimi istifadə edildiyi qeyd olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ yeni uzaqmənzilli raketlər üçün 550 milyon dollar ayırıb
Zelenskidən sarsıdıcı etiraf – “Onları itiririk!”
Cənubi Koreya ordusunda robot dövrü başlanır
9 çağırışçıya məhkəmə-tibbi ekspertizası təyin edildi
NATO İtaliyada illik nüvə təliminə başlayır
ABŞ İranı hədəf alan intensiv hərbi əməliyyat planı hazırlayıb
Pakistan Yəməndəki müharibəyə hava əməliyyatları ilə qoşuldu