İsrail təyyarəsində pilotlar arasında dava alarm yaratdı
İsrail mətbuatının məlumatına görə, təyyarədə baş verən alarm hadisəsi qaçırılma deyil, pilotlar arasında kokpitdə baş verən davanın nəticəsi olub. Pilotların bu alarmı qəsdən, yoxsa təsadüfən verdikləri hələlik məlum deyil. “Haaretz” qəzetinin xəbərinə əsasən, sərnişinlər kokpitə girərək davaya müdaxilə ediblər.
Minval.info xəbər verir ki, “Flightradar24” saytına istinadən “Reuters” agentliyi, öncə ümumi təcili vəziyyət, sonra isə qeyri-qanuni müdaxilə siqnalı verən FZ1073 saylı Boeing 737 növü Flydubai təyyarəsinin Ürdün hava məkanı üzərində ikən Səudiyyə Ərəbistanına yönləndirildiyini bildirib.
Adının açıqlanmasını istəməyən İsrailli rəsmi şəxs “Reuters”ə verdiyi açıqlamada, təcili vəziyyət siqnalının fiziki olaraq davaya girən pilotlar tərəfindən verildiyini söyləyib.
Uçuş daha sonra Səudiyyə Ərəbistanında Tabuk Hava Limanına eniş edib. Təyyarənin bu müddətdə irtifa itirdiyi, lakin enişin uğurla başa çatdığı qeyd olunub. Flydubai şirkəti, Dubaydan Səudiyyə Ərəbistanına göndəriləcək yeni təyyarə ilə sərnişinləri İsrailə aparacağını açıqlayıb.
İsrailin Kanal 12 televiziyasının xəbərinə görə, Dubaydan qalxan təyyarə Ürdün hava sahəsi üzərində ikən əvvəlcə “7700” kodu ilə ümumi təcili vəziyyəti, daha sonra “7500” kodu ilə təyyarə qaçırılma siqnalını yayıb.
İsrail Baş nazirliyinin sözçüsü isə verdiyi açıqlamada, hadisənin təyyarə qaçırma olmadığını vurğulayıb və təyyarənin Səudiyyə Ərəbistanına endiyini təsdiqləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Pilotlar arasında dava: İsrailə gedən təyyarə məcburi eniş etdi
Pakistanda azərbaycanlı qadına qarşı zorakılıq iddiası gündəmdədir
Kürdəmirin Şıxımlı kəndində ildırım daha bir nəfərin həyatına son qoydu
Azərbaycanda məktəbli oğlanın meyiti aşkar edildi
Qubada ağacdan yıxılan 70 yaşlı kişi həyatını itirdi
Bakı-Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı
BDYPİ sürücülərə təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edir