İsrail "Dəmir günbəz"i dənizdə sınadı

İsrail ordusu “İron Dome” (“Dəmir günbəz”) hava hücumundan müdafiə sisteminin dəniz versiyasını sınayıb.
Sınaqlar uğurla başa çatıb.
Milli.az İsrail Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, sınaqlar bir neçə gün davam edib. “İron Dome”un dəniz versiyası ilə dənizdəki qazma qurğularının müdafiəsi üçün nəzərdə tutulmuş gəmilər təchiz olunacaq.
“İron Dome”un dəniz versiyasını indiyədək bu sistemin “quru” versiyasını istehsal edən “Rafael” şirkəti hazırlayıb.
İvrit dilində adı “Kipat barzel” olan “Dəmir günbəz”in dəniz versiyasını sınaqlar zamanı “Saar-5” tipli “Lahav” korvetində yerləşdiriblər.
Antiraketlər olan buraxılış qurğusu gəmidəki helikopter platformasında iolub. Hədəfləri “Israel Aerospace Industries”in hazırladığı “ELM-2248 Adir” radiolokasiya stansiyası aşkarlayıb. Sınaq zamanı bu stansiya “Dəmir günbəz”in idarəetmə sistemlərinə inteqrasiya edilib.
“Dəmir günbəz”in dəniz versiyası sahildən buraxılan və 122 mm çaplı “Qrad” raketlərini imitasiya edən mərmiləri uğurla vurub.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"