İspaniyada nazir koronavirusa yoluxdu
İspaniyanın bərabərlik naziri İrene Monteroda koronavirus aşkarlanıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu hadisədən sonra ölkənin bütün nazirlərinin koronavirus testindən keçəcəyi bildirilib.
İspaniyanın baş naziri Pedro Sançez nazirlərlə iclasın videokonfrans şəklində olacağını açıqlayıb.
Qeyd edək ki, İspaniyada indiyədək 2 277 nəfər koronavirusa yoluxub. 55 nəfər virusun qurbanı olub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 125 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 126 673-ə çatıb. Bunların 68 327 nəfəri sağalıb, 4 641 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək