İspaniyada insanlıq dramı: hərbçilər qocalar evlərindən cəsədlər toplayıb
COVİD-19 epidemiyası hazırda İspaniyada əsl dramatik mənzərələrin ortaya çıxmasına səbəb olub.
Məlum olduğu kimi, İspaniya hazırda vəfat edənlərin sayına görə yalnız İtaliyadan geri qalır. Bilindiyi üzrə, İtaliyada xəstəlikdən ölümlər əsasən 3 regionda – Lombardiya, Veneto və Romanya əyalətlərində baş verir. Lakin İspaniyada infeksiya hazırda Kataloniya, Kastiliya və Leon, Kastiliya-la-mança, Valensiya kimi muxtar bölgələrin hamısını bürüyüb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, dünən İspaniyada 462, bu gün isə 514 vətəndaş dünyasını dəyişib və bu rəqəm günü-gündən artmağa davam edir.
“Biz hələ virusun təsirini artırdığı nöqtədəyik və təəssüf ki bu bir müddət belə davam edəcək”,-deyə İspaniyanın Epidemiologiya Mərkəzinin rəhbəri Pere Qodoy “El Pais” qəzetinə müsahibəsində söyləyib.
Martın 24-nə olan məlumata əsasən İspaniyada koronaviruslu xəstələrinin sayı 40 min nəfərə çatıb. Onlardan 2696 nəfəri ölüb, 30 mindən çox insan karantin altında tutulur.
Əhalinin 18%-nin yaşı 65-dən çoxdur. Ölkədə bu ilin mart ayının 14-də elan olunan fövqəladə vəziyyət ən az aprelin 11-nə qədər davam edəcək. Epidemiyanın episentri isə paytaxt Madrid sayılır. Madrid muxtar bölgəsinin hökumətinin başçısı İsabel Dias Ayuso şəhər əhalisinin 80%-nin infeksiyaya yoluxa biləcəyini söyləyib.
İspaniyanın Fövqəladə Hallar Briqadasının (Unidad Militar de Emergencias) qulluqçuları müxtəlif əyalətlərdə dezinfeksiya üçün gəldikləri qocalar evində dəhşətli mənzərələrin şahidi olublar. Məlum olub ki, həmin yerlərdə xidməti personal yaşlı insanları atıb qaçıblar, nəticədə hərbçilərə oradan cəsədləri toplamaq qalıb.
Müdafiə naziri Marqarita Robles ordunun bu cür situasiyalarda maksimal dərəcədə sərt və kəskin davranacağını bildirib. İspaniya baş prokurorluğu artıq faktla bağlı cinayət işi açıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü
