İspaniyada Fransa ilə dostluq anlaşmasına müxalifət əngəli
Fransa Prezidenti Emmanuel Makronun rəsmi səfəri çərçivəsində İspaniyaya gəldiyi bir vaxtda, İspaniyanın sağçı müxalifəti Senatda səsvermə yolu ilə Fransa-İspaniya münasibətlərinə maneə yaratdı. 2023-cü ildə Barselonada İspaniya Baş naziri Pedro Sançes və Fransa Prezidenti Makron arasında imzalanan Dostluq Anlaşması əsasən simvolik əhəmiyyət daşıyırdı.
Minval.info xəbər verir ki, İspaniyanın Xalq Partiyası (PP), iki ölkədən bir nazirin digər ölkənin Nazirlər Kabinetinin iclasına qonaq qismində qatılması ilə bağlı maddəyə qarşı çıxaraq anlaşmanın qəbul edilməməsinə nail oldu. Bu maddəni Konstitusiya Məhkəməsinə daşıyan PP, “Anlaşmanın maddələrində uyğunsuz heç bir şey yoxdur” qərarını verən məhkəmədən də rədd cavabı aldı.
İspaniya və Fransa hökumətləri isə bu maddəni dəqiqləşdirmək üçün “Fransız nazir İspaniyaya gəlib gizli məsələlərin müzakirə edildiyi Nazirlər Kabinetinin iclasına qatılmayacaq. Nazirlər Kabinetinə paralel keçiriləcək bir toplantıda iştirak edə bilər” açıqlamasını verdilər.
ƏLAQƏLİ
Hindistanda Baş Nazir Modiyə seçki saxtakarlığı ittihamı irəli sürülüb
İspaniya Xarici İşlər Naziri Xose Manuel Albares sosial media hesabında “Xalq Partiyası, İspan xalqının ziyanına, Fransa ilə imzalanan tarixi Dostluq və İşbirliyi Anlaşmasını bir daha baltalayır. Milli məsuliyyət duyğusundan, Avropa dostluğu və əməkdaşlığı anlayışından məhrumdurlar.” sözlərini qeyd etdi.
Sol yönümlü media orqanları isə bənzər bir anlaşmanın 2021-ci ildə İtaliya ilə imzalandığını və qüvvədə olduğunu vurğulayaraq, “Avropa dayanışmasında utanc verici bir mövqe. Skandal bir təşəbbüs və diplomatik böhran yarada bilər” deyə bildirdilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hindistanda Baş Nazir Modiyə seçki saxtakarlığı ittihamı irəli sürülüb
Azərbaycan və Slovakiya arasında məxfi informasiya mübadiləsi təsdiqləndi
Parlamentdə radikal qruplara qarşı sərt tədbirlər təklif edildi
Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir
Milli Məclisdə süni intellekt və sosial media ilə bağlı qanun təklifi
İran danışıqlar üslubunu dəyişir: yeni strategiya nədir?
Bakının mərkəzində tıxacları azaldacaq yeni həll yolu