30.09.2026 - 19:10
Elektron köçürmələrdə hesabat limitləri dəyişdirildi: Yeni qaydalar 2027-ci ildən tətbiq olunacaq
İqtisadiyyat 5 baxış

Elektron köçürmələrdə hesabat limitləri dəyişdirildi: Yeni qaydalar 2027-ci ildən tətbiq olunacaq

Maliyyə Monitorinqi Xidməti (MMX) elektron köçürmələrin hesabatlandırılması qaydalarında yeniliklər edib. Bu dəyişikliklər maliyyə institutlarının MMX-yə təqdim etməli olduğu məlumat və sənədlərlə bağlıdır.

Minval.info xəbər verir ki, yeni qərarla bir təqvim ilində 20 min manatlıq kumulyativ hədd ləğv edilib. İndi isə bir elektron köçürmənin məbləği 20 min manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər olduqda, həmin əməliyyat üçün MMX-yə məlumat təqdim olunmalıdır.

Bundan əlavə, fərdi sahibkarlar istisna olmaqla, fiziki şəxslərin bir ay ərzində həyata keçirdiyi elektron köçürmələrin ümumi məbləği 50 min manatı keçdikdə, həmin ay ərzində aparılan hər növbəti köçürmə də MMX-yə bildirilməlidir. Bu dəyişikliklər illik 20 min manatlıq mexanizmi aylıq 50 min manatlıq hədlə əvəzləyir.

Qərarın qüvvəyə minmə tarixi də dəyişdirilib. Əvvəlcə 1 oktyabr 2026-cı ildən tətbiqi nəzərdə tutulan qaydalar, indi 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək. Bu yeniliklər çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində həyata keçirilir.

Hüquqi şəxslərin benefisiarları ilə bağlı isə, monitorinqə cavabdeh qurumlar 2027-ci il dekabrın 31-dək son benefisiar mülkiyyətçiləri barədə məlumatları MMX-yə təqdim etməlidirlər. Yeni qaydaların tətbiqi oktyabrın 1-dən başlayacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: