30.09.2026 - 12:38
Milli Məclisdə süni intellekt və sosial media ilə bağlı qanun təklifi
Siyasət 4 baxış

Milli Məclisdə süni intellekt və sosial media ilə bağlı qanun təklifi

Milli Məclisdə süni intellekt və sosial media ilə bağlı qanunun qəbulu təklif olunub. Bu təkliflə Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin payız sessiyasının ilk iclasında çıxış edib.

Minval.info xəbər verir ki, deputat Ceyhun Məmmədov süni intellekt və sosial medianın sürətlə insanların həyatına daxil olduğunu vurğulayıb. O, bu texnologiyaların idarə olunmasının mürəkkəbliyinə diqqət çəkərək, dövlətçilik baxımından narahatlıq doğuran məsələlərin olduğunu bildirib. Xüsusilə də sosial mediada baş verən müzakirələr və kənardan edilən müdaxilələrin ciddi narahatlıq yaratdığını qeyd edib.

Deputat həmçinin qeyd edib ki, təhsil sahəsində islahatların sürətləndirilməsi və qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir. “Təhsil haqqında” qanuna yenidən baxılması, ali və distant təhsil haqqında yeni qanunların hazırlanması və qəbul edilməsi vacibdir. Gələcəkdə isə ayrıca Təhsil Məcəlləsinin hazırlanması təklif olunub.

Bundan əlavə, Ceyhun Məmmədov milli-mənəvi dəyərlərin qorunması ilə bağlı qanunun qəbulunun əhəmiyyətini vurğulayıb. O, qloballaşma prosesinin milli-mənəvi dəyərlərimiz üçün ciddi təhdidlər yaratdığını və ailə dəyərlərində tənəzzülün müşahidə edildiyini bildirib. Bu mənada, ailə institutunun qorunması üçün hüquqi tədbirlərin görülməsinin vacibliyini qeyd edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: