30.09.2026 - 10:18
Ərdoğanın BMT çağırışı: veto hüququ ləğv edilə bilərmi?
Siyasət 1 baxış

Ərdoğanın BMT çağırışı: veto hüququ ləğv edilə bilərmi?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında veto sisteminin dəyişdirilməsi təklifini irəli sürüb. Ərdoğan, beş daimi üzvün veto hüququnun ləğv edilməsini və BMT-də bütün ölkələri əhatə edən daha geniş bir qərar mexanizminin yaradılmasını istəyib.

Minval.info xəbər verir ki, Ərdoğanın təklifi, Al Jazeera-nin analizində diqqət mərkəzinə çevrilib. BMT-nin rəsmi məlumatlarına görə, Təhlükəsizlik Şurasında veto istifadəsi son illərdə Orta Şərq və Ukrayna mövzularında mühüm qərarların qəbulunu əngəlləyib.

Analizdə qeyd olunur ki, Ərdoğan Təhlükəsizlik Şurasının təxminən 80 il əvvəl yaradılan strukturunun bu günün ehtiyaclarını qarşılamadığını bildirir. O, BMT Baş Assambleyasındakı çıxışında “190-dan çox ölkənin iradəsinin beş ölkənin istəklərinə tabe olduğu bir sistem nə ədalətli, nə də tam anlamıyla etibarlı ola bilər” deyə vurğulayıb.

Təhlükəsizlik Şurasında veto hüququnun tamamilə ləğv edilməsi üçün BMT Nizamnaməsində dəyişiklik edilməlidir. Bu dəyişiklik üçün BMT Baş Assambleyası üzvlərinin üçdə ikisinin və BMT üzv dövlətlərinin üçdə ikisinin öz konstitusiya prosedurlarına uyğun olaraq təsdiqi tələb olunur. Bu prosesdə beş daimi üzvün razılığı da vacibdir.

İstanbul Aydın Universitetinin müəllimi Dr. Canan Tercan, Ərdoğanın çağırışının arxasında mövcud sistemin keçmişdəki və indiki böhranlardakı rolunun dayandığını bildirib. Tercan, daimi üzvlərin ayrıcalıqlı mövqeyinin dəyişdirilməli olduğunu, yalnız daimi üzv sayının artırılmasının ədalətli bir həll olmayacağını ifadə edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: